Sabah dağlıq ərazilərə qar yağacaq

Sabah dağlıq ərazilərə qar yağacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləy
Ekologiya
23 Fevral , 2024 12:18
Sabah dağlıq ərazilərə qar yağacaq

Fevralın 24-də Azərbaycanda havanın yağıntılı olacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir.

Bu barədə "Report"a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlara qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti olacaq.

Son xəbərlər

Orphus sistemi