Şəmkir və Yenikənd su anbarlarında icazəsiz balıq ovlayan şəxslər saxlanılıblar

Şəmkir və Yenikənd su anbarlarında icazəsiz balıq ovlayan şəxslər saxlanılıblar Növbəti reyd keçirilib
Ekologiya
2 Oktyabr , 2018 09:16
Şəmkir və Yenikənd su anbarlarında icazəsiz balıq ovlayan şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib. 

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Şəmkir və Yenikənd su anbarlarının sol sahillərində icazəsiz balıq ovlayan şəxslər saxlanılıblar.

Araşdırma zamanı icazəsiz ov edən şəxslərin Şəmkir rayon sakini Elşən Əhmədov və Gəncə şəhər sakini Nüsrət Eminov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri, rezin və taxta qayıq götürülüb.

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkarlar barəsində ümumilikdə 847 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi