Şəkiyə yağan dolu təsərrüfata ziyan vurub

Şəkiyə yağan dolu təsərrüfata ziyan vurub Şəki rayonuna dolu yağıb.
Ekologiya
15 May , 2019 09:25
Şəkiyə yağan dolu təsərrüfata ziyan vurub
Report

Şəki rayonuna dolu yağıb.

"Report"un Şimal-Qərb bürosunun verdiyi məlumata görə, dolu əsasən rayonun Orta Zəyzid kəndinə düşüb.

Gecə saatlarından yağmağa başlayan dolu bir neçə dəqiqə müddətində hər tərəfi ağ örpəyə bürüyüb.

Dolu meyvə ağaclarına ziyan vurub.

Bundan başqa, Şəki şəhərinin yuxarı hissəsinə də az miqdarda dolu düşüb.

Qeyd edək ki, dünən gecə saatlarından etibarən Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış səhər saatlarında dayanıb.

Son xəbərlər

Orphus sistemi