Yuxarı
    Bağlamaq

    Şəkidə meşələrdə yanğın təhlükəsizliyinin qorunması mövzusunda seminar-müşavirə keçirilib

    Müşavirədə meşələrin ümumi vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb
    © Eco.gov.az

    Bakı. 28 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhəri İcra hakimiyyətində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.

    Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidmətinin və Şəki Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon yerli icra hakimiyyətləri orqanlarının və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin nümayəndələri iştirak ediblər.

    Müşavirədə meşələrin ümumi vəziyyəti, yanğınların baş vermə səbəbləri, meşə yanğınlarından yaranan itkilər, habelə meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə məruzələr edilib, elektron təqdimatlar nümayiş olunub, aidiyyəti qurumların, meşə əraziləri ilə həmsərhəd olan kəndlərin ərazi icra nümayəndələri və bələdiyyə əməkdaşları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi