Səfir: "Ətraf mühitin qorunması üçün birdəfəlik plastik əşyalardan imtina etmək lazımdır"

Səfir: "Ətraf mühitin qorunması üçün birdəfəlik plastik əşyalardan imtina etmək lazımdır" Nazir müavini: "Plastik kütlə yüz illər üçün parçalanır və ekosistemimizi məhv edir"
Ekologiya
1 İyun , 2018 11:22
Səfir: Ətraf mühitin qorunması üçün birdəfəlik plastik əşyalardan imtina etmək lazımdır
Report
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ "Birdəfəlik plastik əşyalar özlüyündə dağıdıcı element daşıyır".

"Report" xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin ticarət elçisi baronessa Emma Nikolson birdəfəlik plastik məhsullara həsr olunmuş Forum (Single Use Plastics Forum) çərçivəsində çıxışı zamanı deyib.

O, indi bu sahədə insanların maarifləndirilməsinin çox zaman və enerji tələb etdiyini vurğulayıb.

"Plastik maddələr həyatın bütün sahələrində istifadə olunur və ondan istifadə sayı çox artıb. Bu, insanların münasibətidir. Bunun nə qədər dağıdıcı olduğunun fərqində belə deyilik. Ölkələr, millətlər və müxtəlif təşkilatlarda bu problemi həll etmək istəyi olmalıdır. O cümlədən elm adamları da vəziyyətdən çıxış yolu tapmalıdırlar", - E.Nikolson bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroftsun sözlərinə görə, birdəfəlik plastik məhsullara münasibət dəyişməlidir.

Xanım diplomat ətraf mühitin qorunması üçün birdəfəlik plastik məhsullardan istifadədən imtina etməyə çağırıb. O, problemin həlli üçün cəmiyyətin bütün təbəqələrinin cəlb edilməli, insanların problemin mahiyyətini başa düşməli olduğunu vurğulayıb.

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova plastik məhsulların bütün dünya üçün çağırış olduğunu bildirib: "Hamımız bilirik ki, plastik kütlə yüz illər ərzində parçalanır. Buna görə də o, ekosistemimizi məhv edir, o cümlədən ətraf mühitə və insanların özlərinə böyük zərər vurur. Azərbaycan bu məsələnin həlli istiqamətində addımlar atır. Meşələrimizi birdəfəlik plastik məhsullardan qorumağa çalışırıq. Bu işdə çətin tapşırıqlardan başlamağa gərək yoxdur. Problemin həllinə addımbaaddım getmək olar, bu, daha effektli olar". 

Son xəbərlər

Orphus sistemi