Sədr: "İnsanların ekologiyaya mənfi təsirlərinin qarşısının alınması üçün iş aparılmalıdır"

Ekologiya
  • 30 dekabr, 2022
  • 08:35
Sədr: İnsanların ekologiyaya mənfi təsirlərinin qarşısının alınması üçün iş aparılmalıdır

"İnsanların ekologiyaya mənfi təsirlərinin qarşısının alınması üçün iş aparmaq lazımdır".

“Report”un xəbərinə görə, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ilin yekunları və sistemlə bağlı brifinqi zamanı deyib.

Onun sözlərinə görə, ətraf mühitin qiymətləndirilməsi çox vacib amildir: “Bunun üçün mövcud qanunvericiliyə əsaslanaraq iş aparmaq lazımdır ki, insanların ekologiyaya mənfi təsirlərinin qarşısı alınsın”.

M.Qənbərov həmçinin bildirib ki, sənədləşmənin sürətli şəkildə aparılması, şəffaflığın artırılması üçün vacib amillərdən biri də elektronlaşdırma sistemidir: "Məhz buna görə artıq 9 aydır elektron idarəetmə sisteminə keçid almışıq. Bununla da bir sıra dövlət qurumları ilə elektron sistem vasitəsilə reqlament normalarına uyğun sənədləşməni təmin edirik”.

44 filmi