Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var.
Ekologiya
5 Dekabr , 2022 12:12
Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 5-i saat 12:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

Son xəbərlər

Orphus sistemi