Samux. 30 avqust. REPORT.AZ/ Dövlət Yol Polisi Samux rayonunda “təmiz hava” aylığı reydi keçirib.
Samux rayon Dövlət Yol Polisi bölməsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, reyd zamanı 10-a yaxın sürücü cərimələnib.
Samux rayonunda Daxili İşlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi reyd zamanı nasaz və atmosferi çirkləndirən 9 avtomobil saxlanılaraq, sürücülərinə 50 manatlıq cərimə protokolu yazılıb.
Bölmədən onu da bildiriblər ki, bu ay ərzində ümümilikdə idarə etdikləri avtomobillərlə havanı çirkləndirən 36 sürücüyə inzibati protokol və çərmələr tətbiq olunub. Cərimə protokolları ilə razılaşmayıb yol polisi ilə haqsız mübahisə edən sürücülərə də ayrıca müvafiq cərimələr yazılıb.