Şamaxıda ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət araşdırılıb

Şamaxıda ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət araşdırılıb Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağsu meşəbəyliyinin 13 saylı dolayında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb
Ekologiya
12 Fevral , 2021 12:24
Şamaxıda ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət araşdırılıb

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağsu meşəbəyliyinin 13 saylı dolayında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

"Report" xəbər verir ki, araşdırma zamanı sözügedən meşə sahəsində qanunsuz ağac kəsintisi qeydə alınmayıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, meşə qanunvericiliyinə uyğun olaraq ötən il üçün Ağsu meşəbəyliyinin 13 saylı dolayındakı ərazinin qırma sahəsi üçün ayrıldığı və ərazidəki bioloji inkişafdan qalan, köküstə quruyan, əyilən ağacların kötüklərinin damğalanaraq oduncaq tədarükü üçün kəsildiyi və buraxılış orderi əsasında hüquqi və fiziki şəxslərə satıldığı məlum olub.

Son xəbərlər

Orphus sistemi