“Salyan Oil" Şirvan Milli Parkına müasir nəqliyyat vasitəsi təqdim edib

“Salyan Oil" Şirvan Milli Parkına müasir nəqliyyat vasitəsi təqdim edib Şirvan Milli Parkının ərazisində fəaliyyət göstərən, neft hasilatçısı “Salyan Oil LTD” şirkəti turistlərin gəzdirilməsi üçün milli parka iki safari nəqliyyat vasitəsi təqdim edib.
Ekologiya
120
30 Avqust , 2019 18:39
“Salyan Oil Şirvan Milli Parkına müasir nəqliyyat vasitəsi təqdim edib

Şirvan Milli Parkının ərazisində fəaliyyət göstərən, neft hasilatçısı “Salyan Oil LTD” şirkəti turistlərin gəzdirilməsi üçün milli parka iki safari nəqliyyat vasitəsi təqdim edib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Təqdimetmə tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri və “Salyan Oil LTD”nin rəhbərliyi iştirak edib.

Qeyd edək ki, safari tipli müasir nəqliyyat vasitələri parkda infrastrukturun yaxşılaşdırılmasına və ekoturizm fəaliyyətinin inkişafına töhfədir.

Orphus sistemi