Yuxarı

Şahdağda qarın hündürlüyü 38 sm-ə çatıb - FAKTİKİ HAVA

Şahdağda qarın hündürlüyü 38 sm-ə çatıb - FAKTİKİ HAVA
Martın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb

Bakı. 10 mart. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki havanı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.

Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi