Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Yanğının səbəblərini müəyyən etmək üçün Şahdağ Milli Parkı tərəfindən yerli polis şöbəsinə müraciət edilib
Ekologiya
20 Avqust , 2017 12:44
Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakı. 20 avqust. REPORT.AZ/ Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, saat 12 radələrində Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələrinin köməyi ilə yanğının qarşısı tam alınıb.

ETSN-dən verilən xəbərdə qeyd olunur ki, yanğından sonra əraziyə baxış keçirilib. Hadisə zamanı 0,3 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. 

Yanğının başvermə səbəblərini müəyyən etmək üçün ETSN-in Şahdağ Milli Parkı tərəfindən yerli polis şöbəsinə müraciət edilib.  


***10:17

Şahdağ Millli Parkında yanğın hadisəsi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb.

Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib.

Hazırda yanğın lokallaşdırılmaq üzrədir.  

Son xəbərlər

Orphus sistemi