Şahdağ milli parkında sərgi və piyada yürüş keçirildi

Şahdağ milli parkında sərgi və piyada yürüş keçirildi “Təbiəti bizimlə birgə tanıyın” devizi altında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sərgi və piyada yürüş təşkil olunub.
Ekologiya
11 Fevral , 2020 09:51
Şahdağ milli parkında sərgi və piyada yürüş keçirildi

“Təbiəti bizimlə birgə tanıyın” devizi altında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sərgi və piyada yürüş təşkil olunub.

"Report" xəbər verir ki, Şamaxı, Qəbələ və İsmayıllıdan olan təbiətsevərlərin Cavanşir qalasına piyada yürüşündən sonra milli parkda nümayiş etdirilən sərgiyə baxış keçirilib.

Milli Parkın direktoru Akif Məmmədov bildirib ki, sərgidə ətraf kəndlərdə yaşayan əhali tərəfindən hazırlanan milli parkın atributları əks olunan əl işləri və müxtəlif rəsmlər nümayiş etdirilib.

Onun sözlərinə görə, Cavanşir qalasına yürüşün və sərginin təşkilində məqsəd bölgənin qədim tarixini təbliğ etmək, yerli əhalinin turizm xidmətləri sahəsində iştirakına şərait yaratmaq və Şahdağ Milli Parkına ekoturistlərin marağının artırılmasına nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi