Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 22-25, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.
Oktyabrın 2-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 9-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.