Sabah yağış yağacaq, külək güclənəcək

Sabah yağış yağacaq, külək güclənəcək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək. Ha
Ekologiya
22 Yanvar , 2025 12:39
Sabah yağış yağacaq, külək güclənəcək

Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Son xəbərlər

Orphus sistemi