Sabah Bakıda 37, rayonlarda 39 dərəcə isti olacaq

Sabah Bakıda 37, rayonlarda 39 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya
17 İyun , 2024 12:51
Sabah Bakıda 37, rayonlarda 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 18-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Son xəbərlər

Orphus sistemi