Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya
3 Oktyabr , 2022 12:33
Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-32° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-19° isti olacaq.

Son xəbərlər

Orphus sistemi