Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb Oktyabrın 14-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya
13 Oktyabr , 2019 12:17
Sabahın hava proqnozu açıqlanıb

Oktyabrın 14-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 23-26° isti, Bakıda gecə 16-18°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunundan 770 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi