Sabah rayonlara leysan yağacaq, dolu düşəcək
Ekologiya
- 19 may, 2023
- 08:25
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, sabah şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
Son xəbərlər
15:47
Nazir müavini: Mina qurbanlarının cəmiyyətə tam inteqrasiyası üçün kompleks mexanizmlər yaradılmalıdır
Daxili siyasət15:45
Azər Kərimli: Azərbaycanın ŞƏT sammitində Ermənistanla münasibətlər haqda mühüm mesajları oldu
Xarici siyasət15:44
Tibb işçilərinin əməyinə yüksək qiymət: Yeni islahat
Sağlamlıq15:41
Bakıda Şanlıurfanın zəngin tarixi və mədəni irsi təqdim olunacaq
Region15:35
Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH
Analitika15:29
Mariya Kirilyuk: "Avropa çempionatında əla iş gördük və böyük təcrübə qazandıq"
Komanda15:28
"Sizin Lombard" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə15:27
"Toğanalı" KSES-də istehsal olunan enerjinin həcmi məlum olub
Energetika15:26