Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb Yanvarın 25-ə gzölənilən hava şəraiti açıqlanıb.
Ekologiya
8926
24 Yanvar , 2022 12:53
Sabahın hava proqnozu açıqlanıb

Yanvarın 25-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Son xəbərlər

Orphus sistemi