Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq, qısamüddətli yağış yağacaq
Ekologiya
- 27 iyun, 2022
- 07:54
İyunun 28-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
Son xəbərlər
12:01
Azərbaycanda innovasiya sektorunun illik gəlirləri və ixrac həcmi 10 dəfə artırıla bilər
İKT12:00
DÇ-2026: 1/8 final mərhələsinə yekun vurulur
Futbol11:51
Tibo Kurtua mundiallarda ən çox oyun keçirən qapıçılar sırasında ilk "üçlüy"ə daxil olub
Futbol11:47
Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi
Digər ölkələr11:47
Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb
Hadisə11:44
Azər Əmiraslanov: "Ölkədə rəqəmsal iqtisadiyyat və dövlət idarəçiliyi vahid sistemdə birləşdirilir"
İKT11:43
Foto
Video
Abşeronda 7 əl qumbarası, 2 avtomat, 1 tapança aşkarlanıb
Hadisə11:37
Video
Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib
Digər ölkələr11:35