Bakıda və Abşeron yarımadasında avqustun 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 24-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-19° isti olacaq.