Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Ekologiya
27 Sentyabr , 2022 12:42
Sabah 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Son xəbərlər

Orphus sistemi