Sabah bölgələrdə yağış və qar yağacaq, dolu düşəcək - PROQNOZ

Sabah bölgələrdə yağış və qar yağacaq, dolu düşəcək - PROQNOZ Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-ş
Ekologiya
16 Oktyabr , 2024 12:50
Sabah bölgələrdə yağış və qar yağacaq, dolu düşəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Report"a Milli Hidrometerologiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, sabah gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Qeyd olunub ki, havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Son xəbərlər

Orphus sistemi