Sabah duman olacaq, külək əsəcək

Sabah duman olacaq, külək əsəcək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin. Şimal-şərq küləyi əsəcək.
Ekologiya
9 Noyabr , 2022 12:15
Sabah duman olacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, səhər bəzi yerlərdə duman, az çiskin olacaq.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 9-11° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacaq.

Son xəbərlər

Orphus sistemi