Sabah Bakının bəzi yerlərində intensiv qar yağacaq - PROQNOZ

Sabah Bakının bəzi yerlərində intensiv qar yağacaq - PROQNOZ Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya
23 Yanvar , 2024 12:18
Sabah Bakının bəzi yerlərində intensiv qar yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında sabah arabir sulu qar, qar yağacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında yanvarın 24-də bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq.

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Son xəbərlər

Orphus sistemi