Bakı və bölgələrə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB-2

Bakı və bölgələrə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB-2 Milli Hidrometeorologiya Xidmətinin yanvarın 23-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensivdir. Bakıda və Abş
Ekologiya
23 Yanvar , 2024 18:09
Bakı və bölgələrə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB-2

Yanvarın 23-ü saat 18:00-a olan məlumata əsasən Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi-aran, Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında da sulu qar, qar yağır.

Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-sı, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

12:17

Yanvarın 23-ü saat 12:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasına, eləcə də dağlıq ərazilərə qar yağır.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR , Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır. Bakı və Abşeron yarımadasında da səhər saatlarından başlayaraq sulu qar, qar davam edir.

Şimal-qərb küləyinin sürəti Naftalan, Bakıda və Abşeron yarımadasında 18 m/s təşkil edib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 0-3 dərəcə isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

09:01

Yanvarın 23-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensivdir. Bakıda və Abşeron yarımadasında da səhər saatlarından sulu qar, qar yağır.

Qar örtüyünün hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 42 sm, Qaxda 35 sm, Ordubadda 26 sm, Şəki, Daşkəsən, Gədəbəy, Qrız, Balakən, Zaqatala, Göygöl, Lerik, Şahdağ, Oğuz, Şahbuz, Quba, Xaltan, Yardımlı, Qusar, Altıağac, Qəbələ, Şabran, Tərtər, Qobustanda 14 sm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11-14 dərəcə şaxta olub.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 24-ü axşamadək davam edəcək. Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 24-25-də gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda magistral yolların buz bağlama ehtimalı var.

Son xəbərlər

Orphus sistemi