Baş hidroloq: "Sabahdan günün bəzi saatlarında rütubət normadan bir qədər çox olacaq"

Baş hidroloq: "Sabahdan günün bəzi saatlarında rütubət normadan bir qədər çox olacaq" Sabah Bakıda gündüz 28-32 dərəcə isti olacağı gözlənilir
Ekologiya
2 İyun , 2015 12:44
Baş hidroloq: Sabahdan günün bəzi saatlarında rütubət normadan bir qədər çox olacaq

Bakı. 2 iyun. REPORT.AZ/ İyunun 3-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 28-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi metereoloji proqnoza gəlincə, iyunun 3-dən 5-nə kimi Abşeron yarımadasında metereoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günün bəzi saatlarında rütubətin normadan bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Son xəbərlər

Orphus sistemi