Sabahdan Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Sabahdan Azərbaycanda havanın temperaturu aşağı düşəcək Bəzi rayonlarda leysan xarakterli intensiv yağışlar yağacaq
Ekologiya
2 Oktyabr , 2015 12:42
Sabahdan Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ Sabahdan Azərbaycan ərazisində havanın temperaturu aşağı düşəcək. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 3-5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

Son xəbərlər

Orphus sistemi