Sabahdan Azərbaycanda 1 milyondan çox ağacın əkilməsinə başlanılacaq

Sabahdan Azərbaycanda 1 milyondan çox ağacın əkilməsinə başlanılacaq Respublikanın 85 şəhər və rayon icra hakimiyyətləri tərəfindən 18-27 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 611 min ağac və kol cinslərin əkilməsi nəzərdə tutulur.
Ekologiya
17 Oktyabr , 2024 10:49
Sabahdan Azərbaycanda 1 milyondan çox ağacın əkilməsinə başlanılacaq

Azərbaycanın 85 şəhər və rayon icra hakimiyyətləri tərəfindən 18-27 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 611 min ağac və kol cinslərin əkilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, ölkənin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkiləcək.

Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla, əkiləcək ağacların 749 min ədədi əsasən həmişəyaşıl meşə ağacları, 692 min ədədi dekorativ kollar, 170 min ədədi isə meyvə ağaclarıdır.

Aksiyaya hazırlıq mərhələsində bütün şəhər və rayon icra hakimiyyətləri tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə 540 ünvan müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi