Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
9 İyul , 2017 12:31
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 9 iyul. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir, Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36°, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi