Yuxarı
    Bağlamaq

    Sabaha olan hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.

    “Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 22-də yarımadada və paytaxtda mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 11-14 dərəcə isti, Bakıda gecə 9-11, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

    Şərq küləyi əsəcək. 

    Havanın temperaturu gecə 7-11, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi