Yuxarı
    Bağlamaq

    Sabaha olan hava proqnozu açıqlanıb

    Bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

    Bakı. 29 avqust. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

    Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

    Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi