Yuxarı
    Bağlamaq

    Sabaha olan hava proqnozu açıqlanıb

    Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a daxil olan məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti, Bakıda gecə 8-10° isti, gündüz 18-20° isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 7 53 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

    Tibbi-meteoroloji proqnoza görə, martın 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

    Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacaq. Qərb küləyi arabir güclənəcək. 

    Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti təşkil edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi