Yuxarı
    Bağlamaq

    Sabaha olan hava proqnozu açıqlanıb

    Havanın temperaturu artacaq

    Bakı. 12 mart. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

    Azərbaycanın rayonlarında martın 13-də arabir yağış yağacağı bildirilir. Gündüz əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman olacaq.

    Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi