Sabah Azərbaycanın bəzi ərazilərində yağıntılar intensivləşəcək

Sabah Azərbaycanın bəzi ərazilərində yağıntılar intensivləşəcək Bəzi rayonlarda sulu qar, qar yağacağı gözlənilir
Ekologiya
160
27 Noyabr , 2014 12:28
Sabah Azərbaycanın bəzi ərazilərində yağıntılar intensivləşəcək

Bakı. 27 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a açıqlamasında deyib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Şimal küləyi əsəcək, havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının bəzi ərazilərdə intensivləşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm sütununa qədər yüksələcək.

Son xəbərlər

Orphus sistemi