Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10 dərəcə isti olacaq
Ekologiya
200
20 Fevral , 2016 12:27
Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Bakı. 20 fevral. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında fevralın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında fevralın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi