Sabah ölkə ərazisində qar yağacağı gözlənilir

Sabah ölkə ərazisində qar yağacağı gözlənilir Abşeron yarımadasında havanın gündüz, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
25 Dekabr , 2016 12:02
Sabah ölkə ərazisində qar yağacağı gözlənilir

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 26-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki,

Sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi