Yuxarı

Sabah ölkə ərazisində qar yağacağı ehtimalı var

Sabah ölkə ərazisində qar yağacağı ehtimalı var
Bakıda gecə 0-2° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir

Bakı. 18 dekabr. REPORT.AZ/ Dekabrın 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 9-14° şaxta,

gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi