Yuxarı
    Bağlamaq

    Sabah ölkə ərazisində hava dəyişkən buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq

    Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 18-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

    "Report"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-12° isti olacağı gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 2-7°, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 7-12° isti olacağı ehtimalı var.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-13° isti olacağı ehtimalı var.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-14° isti olacağı gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 4-7° isti, gündüz 10-13° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-11° isti olacağı ehtimal edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi