Sabah havanın temperaturu yüksələcək

Sabah havanın temperaturu yüksələcək Bəzi yerlərdə zəif duman olacaq
Ekologiya
17 Aprel , 2017 12:33
Sabah havanın temperaturu yüksələcək

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 9-11° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.  

Son xəbərlər

Orphus sistemi