Yuxarı

Sabah havanın temperaturu 42 dərəcəyə çatacaq

Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək

Bakı. 17 iyul. REPORT. AZ/ İyulun 18-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən "Report"a verilən məlumata görə, gündüz şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 40-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,

Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-40°, 4bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi