Sabah hava yağmursuz olacaq
Ekologiya
- 07 fevral, 2022
- 08:14
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata əsasən, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, gündüz 1-6° isti olacaq.
Son xəbərlər
15:42
Ramid Namazov: Azərbaycanın rəqəmsal transformasiya siyasəti sistemli institusional idarəetmə mərhələsinə keçib
Milli Məclis15:42
Arzu Nağıyev: Kibertəzyiq uşaqlarda depressiyaya və psixoloji problemlərə səbəb olur
Daxili siyasət15:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Hadisə15:29
Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib
Futbol15:20
"AzərEnerji" Dünya Bankı ilə AZURE layihəsinin gedişatını müzakirə edib
Energetika15:20
İranın hücumu fonunda İordaniyada sirenalar səslənir
Digər ölkələr15:12
Sənan Rəsulov: "Olimpiadaya sadəcə qatılmağı düşünmürük, medalla qayıtmağı hədəfləyirik" - MÜSAHİBƏ
Fərdi15:08
Azərbaycanda taxıl sahələrinin 67 %-də biçin yekunlaşıb
ASK15:05
Foto