Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq Havanın temperaturu aşağı enəcək
Ekologiya
10 Mart , 2016 12:21
Sabah Bakıda yağış yağacaq

Bakı. 10 mart. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı ehtimalı var.

Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında martın 11-də arabir yağış yağacağı bildirilir. Yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlədə duman olacağı gözlənilir.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

İngilis versiyası Baku will be rainy tomorrow

Son xəbərlər

Orphus sistemi