Sabah Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq

Sabah Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya
24 Aprel , 2020 12:53
Sabah Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. 

Son xəbərlər

Orphus sistemi