Yuxarı

Sabah Bakıda havanın temperaturu aşağı düşəcək

Rayonlarda da hava şəraiti əsasən yağmursuz keçəcək

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 6-8 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10, şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi