Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda hava yağmursuz olacaq Sabah gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir
Ekologiya
14 Noyabr , 2015 11:41
Sabah Bakıda hava yağmursuz olacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında noyabrın 15-də bəzi yerlərdə arabir yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, sabah cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-15, Bakıda gecə 7-9, gündüz 9-11dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 15-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi