Yuxarı

Bakıda 40 dərəcə isti olacaq

Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək artacaq

Bakı. 29 iyul. REPORT.AZ/ İyulun 30-da Bakıda 40 dərəcə isti olacaq. Bu barədə "Report"a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı, mülayim şimal küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi