Sabah Bakıda 37 dərəcə isti olacaq

Sabah Bakıda 37 dərəcə isti olacaq Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
12 Avqust , 2015 12:38
Sabah Bakıda 37 dərəcə isti olacaq

Bakı. 12 avqust. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata əsasən, avqustun 13-də paytaxtda mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi