Sabah Bakıda 35 dərəcə isti olacaq

Sabah Bakıda 35 dərəcə isti olacaq Paytaxtda temperaturun gecə 22-25 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir
Ekologiya
5 İyul , 2015 13:48
Sabah Bakıda 35 dərəcə isti olacaq

Bakı. 5 iyul. REPORT.AZ/ İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, havanın temperaturunun gecə 22-25 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 23-24 dərəcə isti, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

Bazar ertəsi Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 20-25, gündüz 33-38 dərəc isti olacağı ehtimalı var.

Son xəbərlər

Orphus sistemi